İtaliyanın ən böyük həmkarlar ittifaqlarının elan etdiyi ümumi tətil çərçivəsində 500 minə yaxın işçi İtaliya şəhərlərinin meydanlarında yürüş keçirib. 8 saatlıq tətil bütün əsas dövlət sektorlarını, o cümlədən səhiyyə, təhsil, eləcə də dövlət qurumları və şirkətləri əhatə edib.
“İki sahil”in ANSA-ya istinadən verdiyi məlumatına görə, səlahiyyətli orqanların əmrinə əsasən, nəqliyyat, hava və dəniz nəqliyyatının fəaliyyətində 4 saatlıq fasilə yaradıb.
Qeyd edilib ki, ən böyük nümayiş Bolonyada Bütün İtaliya Əmək Konfederasiyasının (Cgil) rəhbəri Mauritsio Landininin iştirakı ilə keçirilib. Həmkarlar ittifaqlarının məlumatına görə, müxtəlif sahələrdə çalışan işçilərin 70 faizindən çoxu etirazı dəstəkləyib. Bəzi şirkətlər bütün günü bağlanıb. Ölkə boyu minlərlə insanın iştirak etdiyi 43 yürüş keçiril, yalnız Turində polislə toqquşmalar olub.
Aksiya işçilərin maraqlarını nəzərə almayan büdcə layihəsinin təsdiqinə etiraz olaraq elan edilib. Xüsusilə, səhiyyə və təhsil, eləcə də sosial sahəyə ayrılan xərclərin azaldıldığı iddia edilir.
İtaliya uzun müddətdir ki, saatda 9 avro olan minimum əmək haqqı üçün mübarizə aparır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”