“Expressbank”ın rəhbərliyi ötən il bankdan 1 milyon 514 min manat gəlir əldə edib.
Bu da 2022-ci ilə nisbətən 46,7% və ya 482 min manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 1 milyon 32 min manat təşkil edib.
Bankın rəhbərliyinə ödənişlərin 1 milyon 295 min manatı işçilərə ödənilən əməkhaqqı, 219 min manatı isə pensiya və digər ayırmalardır. 2022-ci il bu rəqəm müvafiq olaraq 874 min manat və 158 min manat təşkil edib.
Bu məbləğ bankın 9 nəfərdən ibarət əsas idarəedici heyətinə (Müşahidə Şurası və İdarə Heyəti) ödənilib. Bu isə o deməkdir ki, bank rəhbərliyində təmsil olunan hər bir şəxsin ortalama illik gəliri 168,2 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm müvafiq olaraq 114,7 min manat olub.
Xatırladaq ki, "Express Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 19,98%-I Seyidov Hafiz Mirzağa oğluna, 48,78%-I onun qanuni təmsilçisi olduğu “Azenco Group” MMC-yə, 30,85%-i “Enerqoservis” MMC-yə və 0,38%-i Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə aiddir./Yenisabah.az