Bu gün Azərbaycan Basketbol Liqasında IV turun növbəti oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, A və B qrupunun daha 1 oyunu baş tutacaq.
Diqqətlər əvvəlcə Abşerona yönələcək. Burada çempion “Sabah” NTD-ni qəbul edəcək.
Günün ikinci görüşü isə B qrupunda Qubada keçiriləcək. Yerli komanda “Sumqayıt”ı sınağa çəkəcək.
Qeyd edək ki, turun açılış matçında “Naxçıvan” səfərdə “Abşeron”a 72:68 hesabı ilə qalib gəlib. “Lənkəran” doğma meydanda “Ordu”ya 55:92 hesabı ilə uduzub. Sabah tura 2 oyunla yekun vurulacaq. “Sərhədçi” “Neftçi” ilə, “Gəncə” “Şəki” ilə üz-üzə gələcək.
Azərbaycan Basketbol Liqası
IV tur
A qrupu
30 noyabr
12:30. “Sabah” – NTD
Abşeron OİK
B qrupu
17:30. “Quba” – “Sumqayıt”
Quba OİK
A qrupu
1 | Naxçıvan | 4 | 4 | 0 | 311-284 | 8 |
2 | Sabah | 3 | 3 | 0 | 248-185 | 6 |
3 | Abşeron | 4 | 1 | 3 | 272-295 | 5 |
4 | NTD | 3 | 1 | 2 | 205-210 | 4 |
5 | Sərhədçi | 3 | 1 | 2 | 198-233 | 4 |
6 | Neftçi | 3 | 0 | 3 | 217-243 | 3 |
B qrupu
1 | Ordu | 4 | 3 | 1 | 360-301 | 7 |
2 | Gəncə | 3 | 3 | 0 | 262-198 | 6 |
3 | Lənkəran | 4 | 2 | 2 | 309-334 | 6 |
4 | Şəki | 3 | 2 | 1 | 275-248 | 5 |
5 | Quba | 3 | 0 | 3 | 226-266 | 3 |
6 | Sumqayıt | 3 | 0 | 3 | 212-297 | 3 |
İdman.biz