AZ

Netanyahu qərar verdi - 60 gün...

İsrailin Baş naziri Benyamin Netanyahu Livanla 60 günlük atəşkəs başa çatmadan əvvəl İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general Herzi Halevini əvəz etməyə qərar verib.

Milli.Az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə dövlət televiziyalarından biri məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, Halevi istefa versə də, 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu zamanı hərbi rəhbərlik tərəfindən edilən səhvlərə görə məsuliyyət daşımalı olacaq. Bu qərarı İsrailin Müdafiə naziri İsraell Katz də dəstəkləyib.

Əvvəlcə Livan ordusunun mətbuat xidməti bildirmişdi ki, İsrail Silahlı Qüvvələri bir neçə dəfə Livanla atəşkəs sazişini pozub. İddialara görə, 27 və 28 noyabr tarixlərində İsrailin Müdafiə Qüvvələri atəşkəs razılaşmasını pozaraq, hava məkanını keçib və müxtəlif növ silahlarla Livan ərazilərinə zərbələr endirib.

Xəyal
Milli.Az

Seçilən
79
1
milli.az

2Mənbələr