AZ

Hizbullahdan ilk atəşkəs bəyanatı: "Biz qələbə qazandıq"

Hizbullahın baş katibi Naim Kasım İsraillə atəşkəsdən sonra verdiyi ilk açıqlamada "2006-cı ildəki qələbədən daha çox qələbə qazandılar" dedi.

Turkustan.az xəbər verir ki, Hizbullahın baş katibi Kasım, İsrail və Livan arasında atəşkəsin qüvvəyə mindiyi noyabrın 27-dən sonra ilk dəfə danışıb.

Hizbullah lideri İsraillə atəşkəs razılaşmasının Livan dövlətinin suverenliyi altında bağlandığına diqqət çəkib.

Müharibədən zəfərlə çıxdıqlarını ifadə edən Kasım, 2006-cı ildəkindən daha üstün bir qələbə qazandıqlarını iddia etdi.

Kasım: "Qələbə qazandıq. Çünki biz sionist təşkilatın müqaviməti zəiflətmək və sona çatdırmaq cəhdinin qarşısını aldıq və Hizbullahı məhv etdik" - dedi.

Məğlubiyyətin İsraili hər tərəfdən əhatə etdiyini bildirən Kasım, İsrailin şimalındakı köçkünlərin sayının elan edildiyi kimi 70 min deyil, yüz minlərlə olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
53
turkustan.az

1Mənbələr