Lamin Yamal tezliklə klubu ilə yeni müqavilə imzalayacaq.
“Barselona” rəhbərliyi onunla bu mövzuda razılığa gəlib.
İspaniya mənbələrinin məlumatına görə, Yamalın müqaviləsi 18 yaşı tamam olanda 6 il müddətinə uzadılacaq. Artıq tərəflər müqavilənin bütün şərtləri ilə bağlı müzakirələr apararaq razılaşıblar. Yeni sənəddə Yamal üçün satış qiyməti 1 milyard avro müəyyən edilib.
17 yaşlı futbolçu bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib. Laminin klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Yeri gəlmişkən, Yamal UNICEF-in səfiri olub. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. İspaniya yığmasının vingeri bu statusu könüllü daşıyacaq. Başqa sözlə, o, səfir funksiyasını təmənnasız yerinə yetirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta