Bakı: Trend:
Qarabağ iqtisadi rayonunda bu ilin III rübündə 617 yeni iş yeriyaradılıb.
Trendbu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə (129,4%)çoxdur. Belə ki, 2023-cü ilin III rübündə Qarabağ İqtisadiRayonunda 269 yeni iş yeri yaradılmışdı.
Hesabat dövründə iş yerlərinin 194-ü Xankəndidə, 25-iAğcabədidə, 70-i Ağdamda, 5-i Ağdərədə, 44-ü Bərdədə, 33-üFüzulidə, 48-i Xocalıda, 16-sı Xocavənddə, 92-si Şuşada, 90-ıTərtərdə yaradılıb.
Bu ilin 9 ayında Qarabağ İqtisadi Rayonunda 1171 yeni iş yeriaçılıb. Ötən ilin eyni dövründə bu göstərici 742-yə bərabər olub.Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayındasözügedən ərazidə yeni iş yerlərinin sayı 429 ədəd və yaxud 57,8%artıb.
Cari ilin 9 ayında Qarabağ İqtisadi Rayonunda yeni açılmış işyerlərinin 209-u Xankəndidə, 92-si Ağcabədidə, 173-ü Ağdamda, 9-uAğdərədə, 54-ü Bərdədə, 70-i Füzulidə, 51-i Xocalıda, 30-uXocavənddə, 324-ü Şuşada, 159-u Tərtərdə yaradılıb.