"Rosneft" Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) əsasən 2024-cü ilin yanvar-sentyabr dövründə xalis mənfəətinin 13,9% azalaraq 926 milyard rubl (8,7 milyard dollar) təşkil etdiyini açıqlayıb.
Valyuta.Az xəbər verir ki, şirkətin gəlirləri 15,6% artaraq 7,645 trilyon rubla (71,8 milyard dollar) çatıb. Mənfəətin azalması, əsasən, EBITDA-nın (faiz, vergi, amortizasiya və köhnəlmə xərclərindən əvvəlki mənfəət) azalması, kredit faizlərinin artması, valyuta öhdəliklərinin məzənnə üzrə yenidən qiymətləndirilməsi və gəlir vergisi dərəcəsinin dəyişməsi ilə bağlıdır.
EBITDA göstəricisi 2,321 trilyon rubl (21,8 milyard dollar) olub. EBITDA marjası 30% təşkil edib. Şirkət həmçinin bildirib ki, 9 ay ərzində karbohidrogen istehsalının spesifik xərcləri hər bir neft ekvivalentinə görə 2,8 dollar olub.
Rəhim