AZ

Türkiyədə çökən binanın altında qalan işçi 16 saatdır axtarılır

İstanbulun (Türkiyə) Güngören qəsəbəsində şəhər transformasiyası çərçivəsində sökülən binanın yuxarı hissəsində çökmə baş verib.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, hadisə yerinə çoxlu yanğınsöndürən, AFAD və səhiyyə qrupları göndərilib.

Bildirilib ki, söküntü zamanı 2 nəfər dağıntılar altında qalıb.

Yanğınsöndürənlər 1 nəfər dağıntılari altından çıxarılıb. Digər işçinin dağıntının altından çıxarılması üçün 16 saatdır səy göstərilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
17
ikisahil.az

1Mənbələr