AZ

Dini Komitənin sədri Naxçıvanda məscidləri ziyarət etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda Heydər Məscidi Kompleksini, Came, Sarvanlar və Kazım Qarabəkir Paşa məscidlərini ziyarət edib.

 

Sfera.az xəbər verir ki, Ramin Məmmədov Azərbaycanın tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunması, dini ibadət yerləri və maddi-mədəniyyət abidələrin bərpasının daim diqqətdə saxlanıldığını vurğulayıb.

 

Komitə sədri qeyd edib ki, Azərbaycanda İslam dəyərləri çox möhkəm təməllər üzərində qurulmuş milli dəyərlərin tərkib hissəsidir:

 

"Bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində də tədbirlər davam etdirilir. Ölkəmizdə təkcə məscidlərə deyil, digər dinlərə aid ibadət evlərinə də qayğı ilə yanaşılır, onların qorunub saxlanılmasına və təmir-bərpa edilməsinə xüsusi diqqət yetirilir".

 

R.Məmmədov dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən, tolerantlıq ənənələrindən danışıb:

 

"Dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətimizin gündəlik həyat tərzinə çevrilmiş multikulturalizm Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət tərəfindən müxtəlif icmaların nümayəndələrinə diqqət və qayğı göstərilir, hər il konfessiyaların fəaliyyətini dəstəkləmək, cəmiyyətdə etnik-dini müxtəlifliyi qorumaq və multikultural dəyərləri daha da inkişaf etdirmək məqsədilə dini qurumlara maliyyə yardımı ayrılır".

 

İbadət yerlərində fəaliyyət göstərən din xadimləri milli-mənəvi dəyərlərin, vəhdət ənənələrinin inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

 

Sonda görüləcək işlərə dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.

Seçilən
3
7
sfera.az

8Mənbələr