AZ

Şirvanda 2 yaşlı uşağın ölüm səbəbi AÇIQLANDI - YENİLƏNİB

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edən 2 yaşlı uşağın ölüm səbəbi açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a bildirilib ki, noyabrın 29-da Sabirabad rayonu, Qarağac kənd sakini 2022-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

"Ona dəqiqləşdirilməmiş pnevmoniya, tənəffüs çatışmazlığı, qıcolma diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb", - məlumatda qeyd olunur.

***

23:39

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında iki yaşlı uşaq ölüb.

Modern.az “Report"a istinadən xəbər verir ki, Sabirabadın Qaragüney kəndindən iki yaşlı uşaq Şirvan Şəhər Mərkəzi xəstəxanasına gətirilib.

Həkimlərin səyinə baxmayaraq, uşaq xəstəxanada keçinib.

Azyaşlının qızdırmadan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
129
7
modern.az

10Mənbələr