AZ

Qırılma nöqtəsində olan bir dünya: böhranlar və transformasiyaları idarə etmək

 

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fahrettin Altun “Bu gün İsrailin soyqırım maşını və onun əlaltıları bu cinayətləri törədərkən prezidentimiz ölkə başçıları ilə görüş və platformalarda bütün qəlbi və canı ilə bu qırğına və soyqırıma son qoymağa, beynəlxalq aləmdə ən açıq və aydın şəkildə məzlumların yaralarının sağalmasına kömək etməyə çalışır” dedi.

  F.Altun Türkiyə Radio və Televiziya Qurumunun (TRT) ev sahibliyi ilə İstanbul Konqres Mərkəzində “Qırılma nöqtəsində olan bir dünya: böhranlar və transformasiyaları idarə etmək” mövzusunda təşkil edilən “TRT World Forum 2024”ün açılışındakı çıxışında bildirib: “TRT World Forum”, Antalya Diplomatiya Forumu, İstanbul Təhlükəsizlik Forumu və STRATCOM ilə Yer kürəsi və insanlara təsir edən fundamental məsələlər və aktual problemlər üzərində həqiqi dialoq əsasları yaratmağa çalışır, sülh, təhlükəsizlik, firavanlıq və insanlığa sadiq olduğumuzu vurğulayır, qlobal məlumatlılığı artırmaq üçün səy göstəririk.

  Bizim məqsədimiz müharibə, soyqırım, artan qeyri-sabitlik və hibrid təhdidlərlə üzləşən dünya ilə bağlı Qərbin əsas müzakirələrilə yanaşı susdurulmaya çalışılan və özgələşdirilən insanların, xalqların həll təkliflərini qlobal müstəviyə çıxarmaqdır.

  Platformalarımızın, xüsusən də “TRT World Forum”un böyük beynəlxalq hörmət qazandığını görməkdən məmnunuq.

  Forumun həyata keçirilməsində əməyi olanlara təşəkkürünü bildirirəm. Burada doğulan ideyalar, həllər və əməkdaşlıqların kommunikasiya və diplomatiya sahəsində yeni və ədalətli qlobal təşəbbüslərə ilham verəcəyinə və daha dinc bir dünyanın qurulmasına töhfə verəcəyinə ümid edirik”.



Seçilən
35
1
trt.net.tr

2Mənbələr