AZ

Cəmiyyətdə yarana biləcək problemlərə qarşı dövlət orqanlarının əlaqəli xidmət göstərməsi mediasiya prosesinə ən böyük töhfədir - Ombudsman (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ankara şəhərindəTürk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilkiclasında iştirak edib.

Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat xidmətindənməlumat verilib.

Bildirilib ki, tədbirdə çıxışı zamanı Ombudsman insan hüquqlarıilə bağlı mübahisələrdə tərəflər arasında qarşılıqlı hörmət vəgüzəşt mühitinin yaradılmasında mediasiya prosesinin əhəmiyyətinivurğulayıb.

Müvəkkil mediasiya prosesinin tərəflər arasında birbaşa dialoqvə anlaşma əsasında razılığın əldə edilməsinə şərait yaratmaqlayanaşı, cəmiyyətdə sülhün və ədalətin bərqərar olmasında da mühümrol oynadığını qeyd edib.

Səbinə Əliyeva Ombudsman Aparatına ünvanlanmış müraciətlərdəmediasiya prosesindən fəal istifadə edildiyini bildirib, buprosesdə tərəflər arasında birbaşa dialoqun təmin edilməsinə vəbarışığın təşviqinə önəm verildiyini qeyd edib. Müvəkkil pozulmuşinsan hüquqlarının bərpası istiqamətində hüquqi çərçivədə aparılanişlərlə yanaşı, dövlət orqanlarının mənəvi dəyərləri təbliğ edərək,cəmiyyətdə yarana biləcək problemlərə qarşı daim əlaqəli xidmətgöstərməsinin və qabaqlayıcı tədbirləri sistemli şəkildə həyatakeçirməsinin əhəmiyyətini də xüsusi vurğulayıb.

Səbinə Əliyeva Ombudsman təsisatı ilə Mediasiya Şurası arasındasıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, mediasiyaprosesi ilə bağlı şikayətlərin araşdırılması, bu sahədəqanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinintəşkili istiqamətində birgə səmərəli fəaliyyətin həyatakeçirildiyini diqqətə çatdırıb.

Müvəkkil hüquqi maarifləndirmə fəaliyyəti çərçivəsində müasirçağırışlar nəzərə alınmaqla dövlət xidmətlərinin keyfiyyətinin dahada yüksəldilməsi, yaxşı idarəçiliyin, eləcə də mübahisələrinalternativ həlli yollarının təbliği istiqamətində silsilə tədbirlərkeçirildiyini diqqətə çatdırıb.

Ombudsman Səbinə Əliyeva, həmçinin Türk Dünyası MediatorlarBirliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclası çərçivəsində“Qarabağ gecəsi” adlı tədbirdə də iştirak edib. Müvəkkil çıxışızamanı Vətən müharibəsi zamanı əldə olunmuş Zəfərin türk dünyasıüçün mühüm əhəmiyyət daşıdığını, dünyada sülh və əmin-amanlığın,regionda isə yeni əlaqələrin formalaşmasının vacibliyinibildirib.

Ombudsman Türkiyənin Baş Ombudsmanının və Türkiyənin İnsanHüquqları və Bərabərlik Qurumunun sədrinin işğaldan azad edilmiştorpaqlarda aparılan faktaraşdırıcı missiyalarda fəaliştiraklarını, bu ölkənin hər zaman Azərbaycanın haqlı mövqeyinidəstəklədiyini məmnunluqla xatırladıb.

Müvəkkil hazırda keçmiş məcburi köçkünlərimizin öz doğmayurdlarına qayıdışının təmin olunduğunu, işğaldan azad edilmişərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirildiyini qeydedib.

Cəmiyyətdə
Cəmiyyətdə
Cəmiyyətdə
Cəmiyyətdə
Cəmiyyətdə
Məqalədə:
Seçilən
57
3
az.trend.az

5Mənbələr