Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan qiyabi mühakimə olunacaq. Məhkəmə bununla bağlı prokurorun vəsatətini qəbul edib.
Baş Prokurorluğun 24 avqust 2023-cü il tarixli qərarı ilə Minasyana qarşı cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) maddəsi ilə cinayət işi başlanıb.
Mikael Minasyan qanunsuz varlanmada, bəyannamədə yalan məlumatlar təqdim etməkdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunur. O, 2020-ci ilin 23 mart tarixindən axtarışdadır.
Bir neçə ay əvvəl onun barəsində 2018-ci ildə başlanmış cinayət işinin 3 maddəsinə daha 13 maddə əlavə edilməklə yeni cinayət təqibi başlayıb.
“AzPolitika.info”