Olaylar.az xəbər verir ki, bu barədə İsveçrənin ən böyük parlament partiyası olan "Mərkəzçi Demokratik İttifaq"dan senator Mauro Podjia açıqlama verib.
Senatorun sözlərinə görə, İsveçrənin neytrallığını qorumaqla bağlı bir sıra öhdəlikləri var. Xüsusilə müxtəlif münaqişələrdə neytral mövqeyi təmin etmək bu prinsiplərin əsasını təşkil edir. Bu səbəbdən İsveçrə parlamenti Avropa ordularının və ya silahlarının ölkə ərazisindən daşınmasına qarşı ciddi etiraz edəcək.
"Avropa ordularının və silahlarının İsveçrə ərazisindən keçməsi neytrallığın açıq pozulması olardı və parlament heç vaxt buna razılaşmaz. Silah ixracı qanununa ediləcək dəyişikliklərə gəldikdə isə, bu məsələdə yumşaldılma suallar doğursa da, neytrallıq prinsipi ilə tamamilə ziddiyyət təşkil etmir," - deyə Podjia vurğulayıb.
O əlavə edib ki, mübahisəli olan yalnız İsveçrədə istehsal olunan və başqa bir ölkəyə satılmış silahlardır. Bu silahların Bernə aid olub-olmadığı məsələsinin dəqiq müəyyənləşdirilməsi lazımdır.
Bundan əvvəl Podjia Avropanın İsveçrəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur etdiyini bildirmişdi. Hətta Avropa İttifaqı Bernə qarşı məhdudiyyətlər tətbiq edəcəyi ilə hədələyib.