Rusiya hökuməti benzinin ixracına qoyulan müvəqqəti məhdudiyyəti yanvarın 31-dək uzadıb.
News24.az xarici media xəbər verir ki, bu barədə Rusiya hökumətinin qərarında deyilir.
“Benzin ixracına 2024-cü ilin sonuna qədər tətbiq edilən müvəqqəti qadağa 2025-ci il yanvarın 31-dək uzadılıb”, - deyə məlumatda bildirilir.
Sənəddə qeyd olunur ki, “məhdudiyyət neft məhsullarının birbaşa istehsalçıları tərəfindən həyata keçirilən tədarüklərə şamil edilməyəcək”.
Qərar daxili yanacaq bazarında sabit vəziyyəti qorumaq, neft emalı iqtisadiyyatını dəstəkləmək və avtomobil benzininin boz ixracına qarşı mübarizə məqsədilə qəbul edilib”, - sənəddə deyilir.
Aynurə