Hərbiçilərimizin xatirəsi yad edilib
Bu gün Yasamal rayon ictimaiyyəti üç il öncə Xızı rayonundakı “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması zamanı həlak olan Cavidan Bayramlı və Elçin Nəbiyevin xatirəsini yad edib. Anım tədbirində hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RİH aparatının əməkdaşları, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Bələdiyyəsinin əməkdaşları, şəhidlərin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri 2021-ci il noyabrın 30-da saat 10:40-da təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 14 nəfər həlak olub, iki nəfər isə yaralanıb. Həlak olan hərbçilərə şəhid statusu verilib.