AZ

Serj Sarqsyanın diplomat kürəkəninin məhkəməsi başlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni, bu ölkənin Vatikandakı sabiq səfiri Mikael Minasyan barəsində qiyabi məhkəmə prosesi keçiriləcək.
Oxu.Az xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun məlumatına görə, müvafiq vəsatət ötən gün məhkəməyə təmin edilib.
Prokurorun qərarı ilə 2023-cü ilin avqustunda M.Minasyana qarşı cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamı ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Minasyan 2008-2012-ci illərdə Prezident Administrasiyası rəhbərinin birinci müavini, 2013-2018-ci illərdə Ermənistanın Vatikandakı səfiri vəzifəsində çalışıb. Hazırda bir sıra digər ittihamlarla axtarışa verilib.
Seçilən
21
1
oxu.az

2Mənbələr