Azərbaycanın 16 yaşadək voleybolçu oğlanlardan ibarət yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında qrup mərhələsində son görüşünü keçirib.
Publika.az xəbər verir ki, Estoniyada təşkil olunan yarışda B qrupunda yer alan millimiz ev sahibinə və Latviya yığmasına qarşı mübarizə aparıb.
Hər iki görüşdə məğlub olan komandamız sabah 5-ci yer uğrunda A qrupunun üçüncüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Estoniya, Latviya, Gürcüstan, Ukrayna və Polşa komandaları iştirak edir.
Aç-2025-ə seçim xarakteri daşıyan çempionat noyabrın 30-da başa çatacaq. Birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə əldə edəcək.