AZ

Netanyahu bu dəfə Baş Qərargah rəisini dəyişmək istəyir


İsrailin Baş naziri Benyamin Netanyahu Livanla 60 günlük atəşkəs başa çatana qədər İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevini əvəz etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
“Kan”dakı iki mənbənin bildirdiyinə görə, Baş Qərargah rəisi istefası ilə 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı silahlılarının İsrailə hücumu zamanı hərbi rəhbərliyin səhvlərinə görə məsuliyyəti öz üzərinə götürməlidir.
Teleradio şirkətinin həmsöhbətlərinin qeyd etdiyi kimi, bu qərarı müdafiə naziri İsrael Kats dəstəkləyib.
Seçilən
15
yeniavaz.com

1Mənbələr