AZ

İsrail ordusu Livanın cənubunda vətəndaşların hərəkətinə qadağa qoydu

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda mülki əhalinin hərəkətinə qadağa qoyub.

Turkustan.az xəbər verir ki, bu barədə İsrail ordusunun ərəb mediası üzrə nümayəndəsi Aviçai Adrai noyabrın 30-da məlumat verib.

“Livan xalqına təcili müraciət: Növbəti xəbərdarlığa qədər sizə aşağıdakı kəndlərin və onların ətraflarının sərhədinə cənuba getməyiniz qadağandır: Şeba, Əl-Xəbariyyə, Mərcayun, Arnun, Yəhmar, Əl-Qantara, Çakra, Bəraşit, Yater, Əl-Mansuri”, - deyə o, "X" platformasında yazıb.

Livanlıların ölkənin cənubundakı 62 kəndə qayıtmamalı olduğu dəqiqləşdirilib.

Bildirək ki, noyabrın 27-də ABŞ prezidenti Co Baydenin İsrail və Hizbullah arasında atəşkəs elan edilməsindən bir neçə dəqiqə sonra İsrail Ordusunun Beyruta hava zərbələri endirdiyi təsdiqlənmişdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
35
1
turkustan.az

2Mənbələr