Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 94,9 milyon dollar dəyərində fındıq ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayına istinadən xəbər verir.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 milyon dollar və ya 0,6% çoxdur.
Məlumata görə, 2023-cü ilin müvafiq dövründə fındıq ixracının ümumi dəyəri 94,3 milyon dollar təşkil edib.
Təkcə, bu ilin oktyabrında Azərbaycandan 23,4 milyon dollarlıq fındıq ixrac olunub.
Bu da illik müqayisədə 7,7 milyon dollar və ya 49% çoxdur.
2023-cü ilin müvafiq dövründə fındıq ixracının ümumi dəyəri 15,7 milyon dollar təşkil edib.