Norveç, Avropa İttifaqına üzv bir sıra ölkələrin Rusiya qazından imtinası fonunda 115 milyard dollardan çox gəlir əldə edib.
Valyuta.Az xəbər verir ki, bu barədə Rusiya səfiri Nikolay Korçunov ("Nikolay Korchunov") "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, "Norveç", Avropa İttifaqının Rusiya əleyhinə tətbiq etdiyi bütün sanksiya paketlərinə qoşulub. Bu sanksiyalar Norveç krallığının iqtisadiyyatına müxtəlif təsirlər göstərib. Bir tərəfdən, Norveç Rusiya qazını sıxışdıraraq böyük qazanc əldə edib. Digər tərəfdən isə Oslo, Rusiya ilə ikitərəfli ticarət-iqtisadi münasibətlərin kəsilməsi istiqamətində qərar qəbul edib.
Diplomatın sözlərinə görə, Norveç şirkətləri Rusiyadakı fəaliyyətlərini tamamilə dayandırıb və ölkədən çıxıblar. Norveç dövlət pensiya fondu ("Qlobal") isə Rusiyanın şirkət səhmlərinə yatırımlarını əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, 2021-ci ildə bu yatırımlar 3,1 milyard dollar təşkil edirdisə, 2024-cü ilin yanvarına olan məlumata əsasən 140,13 milyon dollara qədər düşüb.
Korçunov əlavə edib ki, Norveçlə Rusiya arasında ticarət minimum səviyyəyə enib və yalnız sanksiyalara məruz qalmayan kiçik bir mal siyahısı ilə məhdudlaşıb. Ən böyük təsir isə Norveçin şimalında yerləşən gəmi təmiri müəssisələrinə dəyib. Bu müəssisələr Rusiya balıqçılıq gəmilərinin təmiri və xidmətləri üzrə müqavilələrdən imtina etməyə məcbur qalıb və bunun nəticəsində kütləvi işçi ixtisarları həyata keçirilib.
Rəhim