Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel dekabrın 1-də təqaüdə çıxacaq.
Azpost.info xəbər verir ki, “La Razón” qəzetinə verdiyi müsahibədə Borreldən vəzifə müddətinin ən çətin anlarını xatırlamağı xahiş ediblər.
Borrelin sözlərinə görə, bu vəzifədə olduğu müddətdə ən çətin məqam Ukraynada xüsusi hərbi əməliyyatın başlandığı gündür.
“Səhər tezdən mənə zəng gəldi ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı xəbərdarlıq etdilər…”, – Borrel deyib.
Azpost.info