AZ

Bölgədə durum bir anda dəyişdi - Türkiyədən Rusiya və İrana açıq mesaj 

Suriyanın Hələb vilayəti ətrafında 8 illik status-kvo bir gündə sürətli və dramatik şəkildə dəyişdi.

Bunu türkiyəli analitik Mehmet Acet deyib.

Ekspert Hələbin Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan Suriya müxalifəti tərəfindən geri alındığını bildirib:

“Əsəd əleyhdarı qüvvələr nə vaxtsa bir gün Hələbə qayıdacaqlarına dair ümidlərini həmişə canlı saxlayırdılar.

Son gəlişmələr müxaliflərə bu mənada böyük fürsət yaratdı: Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanın hava qüvvələri Suriyadan böyük ölçüdə geri çəkildiyinə görə;

İran və “Hizbullah”ın İsraillə müharibədə ağır itkilər verməsi və ruhdan düşməsinə görə;

Rusiya və İrandan aldığı güclə varlığını qoruyan Əsəd rejiminin qüvvə çatışmazlığına görə.

Bu səbəblərdən addımlar tez nəticə verdi. Hələbin bu şəkildə, sürətlə geri alınması müxalifətin əhval-ruhiyyəsini yüksəldərkən, qarşı tərəfin də məğlubiyyət şokundan tezliklə çıxacağı mümkün görünmür”.

Acet qeyd edib ki, müxalifətin Hələb əməliyyatı ilə bağlı ən diqqətçəkən məqamlardan biri Ankaranın mövqeyidir:

“Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin açıqlaması ilə Ankaranın yanaşması məlum oldu. Bu, Hələbdən bəhs edilməyən, “İdlib və ona bitişik bölgə” ifadəsi işlədilən, Mənbiç və Təl Rıfatdakı terror qruplarından bəhs edilən bəyanatdır.

Açıqlamada müxalifətin bu addımlarına qarşı cəbhənin mülki insanları hədəf alan hücumlarının səbəb olduğu mesajı verilib.

Keçelinin açıqlamasının ikinci hissəsində terror qruplarının Mənbiç və Təl Rıfatda həm mülki əhali, həm də Türkiyəni hədəf alan hücumlarına toxunulub.

Bu cümləyə diqqət edin: “Bölgələrdə terrorçuların mövcudluğuna son qoymaq üçün maraqlı tərəflərlə (İran və Rusiya ilə - red.) əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməməsi narahatlığımızı artırır”.

Bu, müxalifətin Hələbdəki qələbəsini “Astana prosesinin pozulması” kimi qiymətləndirən İran və Rusiyadakı pozulmaları xatırladan ifadə kimi görünür”.
///teleqraf.com

Seçilən
233
1
referans.az

2Mənbələr