AZ

Fransızlar yola mane olan ağacları necə kəsirlər?

Azərbaycan mediası yol nişanlarının və ya svetoforların görünməsini çətinləşdirən ağaclarla bağlı saysız miqdarda xəbər yazıb.

Avtosfer.az da bu məsələni diqqətdə saxlayır.

Məlumdur ki, yol polisinin bu ağacları kəsmək səlahiyyəti yoxdur. Başqa qurumların bunu etməsi isə ləng gedən prosesdir. Bəs xaricdə məsələ necədir? Hərəkə mane olan ağacları kim kəsir? Fransa misalında təhlil edək.

Fransızların ağaclara olan münasibəti hamıya məlumdur. Bu ölkədə yol kənarına ağac əkilməsiunin də böyük ənənəsi var. Hələ 16-cı əsrdə kral IV Henrix yolçuların rahatlığı üçün yol kənarlarına ağac əkilməsini əmr etmişdi.

Əmrə sadiq olan fransızlar 19-cu əsrin ortalarında gördülər ki, yol kənarına çox sayda və sıx ağac əkmək pis nəticə verir. Nəqliyyat sayı çox olduğundan yollar darlıq edir, arabalar ağaclara ilişib qəza törədir. Artıq məsələyə yeni yanaşma lazım idi. 

Mülki Məcəllənin 672-ci maddəsinə 1881-ci ildə ildə edilən dəyişiklik indi də qüvvədədir. Həmin maddəyə görə torpaq sahibinin əkdiyi ağac və ya kol qonşuya və digərlərinə zərər verməməlidir. Qanunun 671-ci maddəsi isə ağaclarla yol, divar və sair arasında minimal məsafəni müəyyən edir. 1921-ci ildəki qanun isə bitkilərə qulluq məsələsini müəyəyn edir.

Qanuna görə ağac və kollar yoldan azı 2  metr aralı əkilməlidir. Əgər daha əvvəl əkilmiş ağacda bu məsafə gözlənməyibsə, həmin ağac zəruri hallarda götürülə bilər. Hərəkətə mane olmayan, hündürlüyü 2 metri keçməyən ağacın kəsilməsinə yol verilmir. Lakin ağac quruduqda onun yerinə başqa ağac da əkmək olmaz. Bununla belə, qanunda aydın göstərilir ki, ağac, sarmaşıq və kollar yol nişanlarının görünməsinə, işıqlandırmaya, avtomobil və piyadaların hərəkətinə mane olmamalı, budaqlar rabitə və elektrik kabellərinə toxunmamalıdır. Bələdiyyə bu tip ağacların vaxtında budanmasına cavabdehdir. Eyni məsuliyyət yol kənarında yaşayanlara da aiddir. Heç kimin həyətindəki ağac divara 2 metdən yaxın olmamalı, kökləri və budaqları yol ötənlərə təhlükə yaratmamalıdır.

Xüsusi mülkiyyətdə olan ərazidəki ağac və ya kol yol nişanlarına mane olursa, bələdiyyə mülk sahibinə ağacın budanmasına dair məktub göndərir. Eyni hal təhlükə yaradan ağaclara da aiddir. Daşınmaz əmlak sahibi məktuba vaxtında cavab verməsə bu işi bələdiyyə özü icar edir. Lakin bu zaman əmlak sahibinə 1500 avro cərimə yazılır.

Qanunvericilik bəzi ağacların şəhərlərdə və yol kənarlarında əkilməsini də qadağan edir. Bura əsasən küləyə davamsız və çox iri çətiri olan ağaclar daxildir. Ağacların dəqiq cərgə ilə əkilməsi də qanunun tələbidir.

Lakin əsas məsələ budur ki, Fransada yol nişanlarının ətrafındakı bitkilərin sahmana salınması ilə konkret bir qurum – bələdiyyə məşğuldur. Bu məsələdə sürücü və polis üz-üzə qalmır. Görünməyən yol nişanına görə yol hərəkəti iştirakçıları bələdiyyəyə üz tuturlar.

imageBu foto Mətbuat prospekti istiqamətindəki yol dairəsində çəkilib. Sizcə, sürücü bu nişanı görüb tanıya bilərmi?

 

Vüqar

Seçilən
44
avtosfer.az

1Mənbələr