Qadın cüdo millimizin baş məşqçisi Rəşad Məmmədov istefaya göndərilib.
İdman.biz Prosport.az-a istinadən xəbər verir ki, onun yerinə milliyətcə ərəb olan fransalı Əminə Abdellətifin təyin olunacağı gözlənilir.
51 yaşlı məşqçi hazırda Bakı İdman Sarayında keçirilən yarışı izləyir.
Abdellətif idmançı karyerası dönəmində dünya çempionatı və Olimpiadada Fransa adından çıxış edib. İkiqat Fransa çempionu olan Abdellətif 4 dəfə komanda yarışı üzrə Avropa çempionu adını qazanıb.
Yeri gəlmişkən, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu da aaytımıza Rəşad Məmmədovun getməsini təsdiqləyib. O bildirib ki, Əminə Abdellətif qadın millimizin baş məşqçisi postuna namizədlərdən biridir.
İdman.biz