AZ

BRİKS-in tərəfdaş ölkələrinin siyahısı nə vaxt açıqlanacaq?

Moskva ilin sonuna qədər BRİKS qrupunun yeni tərəfdaş ölkələrinin tam siyahısını dərc etməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində bildirib:

"Ümid edirik ki, ilin sonunda Rusiyanın sədrliyi başa çatana qədər BRİKS tərəfdaşı olacaq ölkələrin tam siyahısını dərc edəcəyik. Hazırda bu ölkələrin adlarını çəkə bilmərəm".

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammitindən sonra verdiyi açıqlamada qrupun tərəfdaş ölkələri siyahısı ilə bağlı razılığın əldə edildiyini bildirib. Lakin siyahı ictimaiyyətə açıqlanmayıb. 

Rusiya lideri ilk olaraq bu ölkələrə dəvətlərin göndəriləcəyini və müsbət cavab aldıqda ölkələrin adlarının açıqlanacağını bəyan edib.

Xatırladaq ki, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri 2024-cü il yanvarın 1-dən BRIKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qrupuna üzv olublar. Gələn il BRİKS-ə Braziliya sədrlik edəcək.

Seçilən
18
cebheinfo.az

1Mənbələr