Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlısürücülərə müraciət edib.
Trend xəbərverir ki, bu barədə DYP məlumat yayıb.
Bildirilib ki, sinoptiklərin məlumatına əsasən, qarşıdakıgünlərdə respublika ərazisində hava şəraitinin yağmurlu olacağı,bəzi dağlıq rayonlarda qar yağacağı ehtimalı var:
"Proqnozlar mövsümə uyğun olsa da, yollarda xoşagəlməzhadisələrin baş verməməsi üçün sürücülər əlverişsiz hava şəraitindədaha diqqətli olmalıdır. Xüsusilə, gecə və səhər saatlarındamüşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsiniməhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədəartırdığını nəzərə alaraq, ehtiyat tədbirləri görməli, özləri vədigər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətyaratmamalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublikaəhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağınıdiqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərəyağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdəsaxlamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədərgünün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir",- deyə müraciətdə qeydedilib.