Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 069,446 milyon ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 % azdır.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,6 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 14,4 % azalaraq 610,992 milyon ABŞ dolları (ümumi ixracın 11,2 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11,2 % azalaraq 458,454 milyon ABŞ dolları (ümumi idxalın 3,4 %-i) olub.
Yanvar-oktyabr aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 5,5 % artaraq 19 milyard 025,291 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 7,4 % artaraq 5 milyard 468,413 milyon ABŞ dolları, idxalın dəyəri isə 4,8 % artaraq 13 milyard 556,877 milyon ABŞ dolları olub.