Millət vəkili Arzu Nağıyev seçicilərlə görüşdü.
XALQ.AZ məlumat verir ki, 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 30 noyabr tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində vətəndaş qəbulu keçirildi.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, torpaq, tikinti və digər məsələlərlə bağlı oldu.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə deputatın qəbulu hər ay keçirilir.