AZ

Terrorçuların hücumları nəticəsində onlarla Suriya əsgəri həlak olub və yaralanıb

Hələb və İdlibdə “Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının hücumlarını dəf edərkən onlarla suriyalı hərbçi həlak olub və yaralanıb.

Bu barədə Suriya Silahlı Qüvvələrinin baş komandanlığı məlumat yayıb.

“Silahlı qüvvələrimiz onların irəliləyişini dayandırmaq üçün 100 km-dən çox zolaqda onlara (yargılılara - red.) qarşı şiddətli döyüşlər aparıb. Döyüşlər zamanı silahlı qüvvələrimizin onlarla əsgəri həlak olub və yaralanıb”, - məlumatda bildirilib.

Qeyd edilib ki, “Cəbhət ən-Nusra” ilə əlaqəli silahlı terror təşkilatları minlərlə əcnəbi döyüşçü, ağır silahlar və çoxlu sayda pilotsuz təyyarələrin dəstəyi ilə son günlər Hələb və İdlibdə bir neçə istiqamətdən kütləvi hücuma keçiblər.

Seçilən
85
1
aznews.az

1Mənbələr