AZ

“Maydan” ssenarisi Gürcüstanda təkrarlana bilməz”- KOBAXİDZE

Ukraynanın “maydan” ssenarisi Gürcüstanda təkrarlana bilməz, çünki ölkədə güclü institutlar və müdrik insanlar var.
Azpost.info xəbər verir ki, bunu bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Radikallar və onların xarici himayədarları hər zaman ölkədə iğtişaşlar törətmək və Gürcüstanı Ukraynaya çevirmək üçün səbəblər tapmağa çalışırlar. Onlar hələ də dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq,

Gürcüstan güclü təsisatları olan, ən əsası isə gücü sarsılmayacaq təcrübəli və müdrik xalqı olan müstəqil dövlətdir. “Maydan” ssenarisi Gürcüstanda reallaşa bilməyəcək. Gürcüstan dövlətdir və dövlət, təbii ki, buna imkan verməyəcək”, – deyə Kobaxidze bildirib.

Azpost.info

Seçilən
9
2
azpost.info

5Mənbələr