Suriya müxalifətinin Hələbi nəzarətə götürməsi Ermənistanda ciddi təşviş yaradıb.
“Cebheinfo.az” xəbər verir ki, Əsəd rejiminin əsas dəstəkçilərindən biri olan Ermənistan müxalif quvvələrin keçirdiyi sürətli hücum zamanı gecə yarısı hərbi birləşməsini Hələbdən çıxarıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Əsədi dəstəklədiyini dəfələrlə təsdiqləyib.
2019-cu ildə Ermənistan Müdafiə Nazirliyinin şəxsi heyəti, o cümlədən minalardan təmizləmə qrupları və tibb işçiləri Hələbdə yerləşdirilmişdi.
Lakin müxalifətin irəliləyişindən sonra Ermənistan sürətlə öz qüvvələrini bölgədən çıxarıb.