AZ

Bağırov: “Uşaqlara demişdim ki, rəqibdən çəkinməyin”

Azərbaycan Premyer Liqasının XV turunun “Şamaxı” – “Kəpəz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Rəqibin döyüşkən komanda olduğunu bilirdik. Maraqlı oyun alındı. Bəzi itkilərimiz var idi və heyətdən maksimum istifadə etməyə çalışdıq. Uşaqlara demişdim ki, rəqibdən çəkinmək lazım deyil. Uşaqlar döyüşdülər və qələbə qazandılar.

– Bu qələbə psixoloji duruma necə təsir edəcək?
– Artıq 7-ci oyundur, meydanda mübarizə aparan komanda görürük. Motivasiya baxımından problemimiz yoxdur. Daha yaxşı etməliyik. Diqqət etməməlidir. Üstəlik, ən önəmlisi oyun paltardəyişmə otağında bitir. Meydanda bütün bacarığını qoymalısan. Qələbə əziyyətdən gəlir.

– Orxan Əliyevin ehtiyatda qalmasının səbəbi nədir?
– Taktiki planda iş idi. Kərim Lkoça daha çox topla oynasın deyə startda meydana çıxdı.

– İkinci hissə hücumda daha aktiv oynadınız. Fasilədə nəyi dəyişdiniz?
– Döyüşkənliyi artırmağa çalışdıq. Uşaqlara dedim ki, özünüzə inanın.

– Paçu penaltini yerinə yetirə bilməyəndə onu əvəz etmək istədiniz?
– Xeye. Penalti ilə dünya dağılmır. Paçu meydanda sona qədər mübarizə apardı. Oyunçunun əziyyəti qiymətləndirilməlidir.

– Qoldan sonra köməkçinizlə nəsə danışırdınız…
– Rauf ilə bağlı idi. Sarı vərəqəsi var idi, amma onu bir az da oynatmağa qərar verdik.

– Penalti vurmayan oyunçu növbəti oyunlarda da vurmalıdır, ya necə?

– Problem şey yoxdur. Bir oyun vurmayanda o biri oyun vura bilər. Kim özünə daha inamlıdırsa, o vurur. Əsas vuranlarımız Paçu və Orxan Əliyevdir. Bir futbolçunu qazanmaq mənimçün önəmlidir.

Seçilən
33
futbolpress.az

1Mənbələr