Misli Premyer Liqasının 15-ci turunda "Şamaxı" ilə görüşən "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçı şərh edib.
Fanat.Az xəbər verir ki, o, səfərdə 1:0 qalib gəldikləri oyunla bağlı bunları dilə gətirib:
"Fürsətdən istifadə edib "Turan Tovuz"un rəsmisi İman Həsənova can sağlığı, tezliklə ayağa qalxmağı arzu edirəm.
Matça gəlincə, yaxşı oyun alındı. Ayxan müəllim yaxşı komanda formalaşdırıb. Rəqibin itkiləri var idi, bunu bilirdik. Uşaqlara tapşırmışdıq ki, "Şamaxı"nın üslubunda mübarizə aparsınlar. Belə də etdilər və döyüşüb 3 xalı qazandılar. Bir an belə ayıq-sayıqlığı əldən vermək olmazdı. İkinci hissəni daha yaxşı keçirdik.
Paçu penaltidən yararlana bilməsə də, onu əvəzləmək istəmədik və nəticədə sonrakı dəqiqələrdə komandaya qələbə qazandırdı. Bizdə "ştat"lı penalti vuran Paçu ilə Orxan Əliyevdir".
Mirağa