AZ

Dövlət qurumunun əməkdaşları elektrik dirəyindən yıxıldılar - Ölən var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə yaralanıb.
"Report"un məlumatına görə, hadisə Salyan və Biləsuvar rayonlarının sərhədində qeydə alınıb.
İlkin məlumata görə, sözügedən ərazidə Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Novruz Yarməmməd oğlu Manafov və 1998-ci il təvəllüdlü Aqşin Gülağa oğlu Gülməmmədov elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıblar.
Hadisə nəticəsində hər iki sakin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.
Onların "Azərenerji"nin əməkdaşları olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
18
18
oxu.az

10Mənbələr