"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, oyunla bağlı fikirlərini bölüşüb: "Maraqlı oyun alındı. Penaltini dəqiq yerinə bilmədik. Rəqibin nə qədər döyüşkən komanda olduğunu bilirdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. Sarı vərəqə limitini dolduran, zədəli futbolçuları vardı. Maksimum şəkildə bundan yararlanmağa çalışdıq. Uşaqlara söyləmişdim ki, çəkinmək lazım deyil. Futbolçulara minnətdaram, döyüşdülər və səfərdə qələbə qazandıq".