AZ

Rusiya Suriyadakı hadisələrə niyə səssiz qalıb? - ŞƏRH

“Rusiyanın Suriyada baş verən hadisələrə səssiz qalmasının səbəbləri bir neçə amillə əlaqəli ola bilər”. 

Bu sözləri politoloq Samir Hümbətov “Cebheinfo.az”-a şərhində Rusiyanın Suriyada müttəfiqi Əsəd rejiminin müxalif qüvvələrə məğlubiyyətinə səssiz qalmasının səbəblərini izah edərkən bildirib.

Onun sözlərinə görə, Moskva bir müddət Suriyada proseslərə ciddi müdaxilə etməyə bilər:

“Rusiyanın Suriyada baş verən proseslərə səssiz qalmasının səbəbləri bir neçə amillə bağlı ola bilər. Birincisi, Rusiya bütün diqqətini və gücünü Ukraynaya yönəldib. Bu gün Rusiya Ukrayna ilə daha böyük hərbi qarşıdurmaya hazırlaşır. 

İkincisi, Əsəd rejimi ilə qarşıdurmaya cəlb olunan bəzi müxalif qüvvələr Türkiyə tərəfindən dəstəklənir. Buna baxmayaraq, Moskva Əsəd görə Ankara ilə münasibətləri korlamaq istəmir. 

Üçüncüsü, məhz burada İran amilini də nəzərə almaq lazımdır. Rusiya bir növ Suriyada qüvvələrini hərəkətə gətirməməklə bu regionda İrana bağlı hərbi birləşmələrin sıradan çıxarılmasına şərait yarada bilər.

Eyni zamanda Suriya ilə bağlı başqa bir ssenarini də nəzərdən keçirmək olar. Əsəd rejiminin Rusiya ilə münasibətləri yüksək səviyyədə olsa da, Əsədin İrana daha çox yaxınlaşması Moskva tərəfindən birmənalı qəbul olunmur.

Bəlkə də Moskva məhz buna görə Əsədi hakimiyyətini cəzalandırmaq istəyir. 

Bu baxımından, Rusiya Suriyadakı proseslərə səssiz qala bilər”.

Seçilən
12
cebheinfo.az

1Mənbələr