İnsanların əksəriyyəti inflyasiya və yaşayış dəyəri böhranları ilə mübarizə apardığı üçün keçən il qlobal iqtisadiyyat durğunluq yaşayıb. Belə ki, ötən il qlobal miqyasda milyarder sinfinin xalis sərvəti 9 faiz artaraq rekord səviyyəyə - 12,1 trilyon dollara çatıb. Eyni zamanda milyarderlərin sayı 4 faiz artaraq 3 min 323 nəfər olub.
Publika.az xəbər verir ki, dünya milyarderlərinin 28 faizi cəmi 15 şəhərdə yaşayır.
Milyarderlər siyahısında birinci yerdə olan 18 nəfərin sərvəti 50 milyard dollardan çoxdur. 2023-cü ildə qadın milyarderlərin ümumi sayı 431 nəfər olub. Milyarderlərin payının artmasına baxmayaraq, qadınlar hələ də azlıq təşkil edir.
Ən çox milyarderin olduğu 10 şəhər və onların sayı: