AZ

Şimali Koreyadan Rusiyaya növbəti dəstək: Bu, Moskvanın hüququdur

  Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündə Ukraynanın uzaqmənzilli silahlardan istifadəsinin ABŞ-ın birbaşa hərbi müdaxiləsinin nəticəsi olduğunu və Rusiyanın hücumlara qarşı özünümüdafiə hüququna malik olduğunu bildirib.

Şimali Koreya lideri rəsmi təmaslar üçün paytaxt Pxenyanda səfərdə olan Rusiyanın müdafiə naziri Andrey Belousovu qəbul edib.

Şimali Koreya administrasiyasından verilən açıqlamaya görə, Kim nazir Belousov və onu müşayiət edən nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu ifadə edib.

O bildirib ki, ABŞ-ın Rusiyaya qarşı siyasəti uzunmüddətli münaqişələri qızışdırır:

“ABŞ-ın addımları bütün bəşəriyyəti təhdid edən məsuliyyətsiz hərəkətlər olduğu üçün beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir. ABŞ və Qərbin Kiyev administrasiyasının Rusiya ərazisinə öz uzaqmənzilli silahları ilə hücum etmək qərarı müharibəyə birbaşa hərbi müdaxilə deməkdir. Rusiyanın hücumlara qarşı özünü müdafiə etmək hüququ var”.

Kim əlavə edib ki, güclü Şimali Koreya-Rusiya əlaqələri iki ölkə xalqlarının rifahının yüksəlməsinə, regional gərginliyin azaldılmasına və beynəlxalq strateji sabitliyin təmin olunmasına xidmət edir./Publika.az  

Seçilən
5
1
referans.az

2Mənbələr