AZ

Premyer Liqanın ən yaxşı və ən zəif məşqçiləri - BU VİDEODA AÇIQLADI

«Kəpəz»in sabiq baş məşqçisi Tərlan Əhmədov hazırda Premyer Liqada çalışan həmkarları arasında seçim edib.

1 ildən artıqdır işsiz olan mütəxəssis 10 klubun sükançısından ibarət turnir cədvəli müəyyənləşdirib.

Vaxtilə «Neftsi»də işləmiş Əhmədov bu siyahıda Qurban Qurbanovu hamıdan fərqləndirib.

«Turan Tovuz»dan Kurban Berdiyevi 5-ci sırada görən məşqçi Elmar Baxşıyev, Ayxan Abbasov və Rəşad Sadıqovu ondan üstün tutub.

Maraqlıdır ki, Əhmədov ən axırıncı yerdə Azər Bağırovu yerləşdirib. O, Gəncə təmsilçisinin mövcud durumunu nəzərə alaraq, Bağırovu 10-cu pillədə saxlayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
14
sportinfo.az

1Mənbələr