AZ

Biləsuvarda ənənəvi “Hind quşu” festivalı keçirilib - FOTOLAR

Biləsuvarda “Hind quşu” festivalı keçirilib. SİA xəbər verir ki, rayonun Mərkəzi parkında təşkil olunan festivalda Biləsuvarla yanaşı, ətraf rayonlardan yerli və xarici qonaqlar iştirak ediblər.

Festival boyu qonaqlara hind quşundan hazırlanmış müxtəlif çeşidli təamlar təqdim olunub.

Rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov festivalda çıxış edərək bildirib ki, artıq 4 ildir keçirilən “Hind quşu” festivalı Biləsuvarda turizmin inkişafına maraq oyatmaq baxımından böyük əhəmiyyət daşıyır, eləcə də, milli mətbəximizin təbliğinə xidmət edir.

Festivala rəng qatan müxtəlif səpkili tədbirlər, idman oyunları keçirilib, kənd məhsullarından ibarət sərgilər açılıb, rəsm əsərləri nümayiş olunub.

Festivalda mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı və səhnəciklər təqdim edilib.

Seçilən
16
sia.az

1Mənbələr