AZ

4 milyona yaxın saxta avronun dövriyyəyə daxil edilməsinin qarşısı alındı

Türkiyədə valyutadəyişmə məntəqələri və banklar saxta ABŞ dollarlarının çox olması səbəbindən 50 və 100 dollarlıq əskinasları qəbul etməməyə başlayıb.

Publika.az
xəbər verir ki, sözügedən sahədə fəaliyyət göstərən şəxslər realdan ayırd edilməsi çox çətin olan əskinaslar üçün pul sayan maşınların yenilənməsinin gözlənildiyini açıqlayıblar.

Bir çox insan bazarda saxta dollarlardan narahat olduğu halda, artıq saxta avro xəbərləri də gəlib. İstanbulda maliyyə polisi bazarda saxta valyutanın dövriyyəyə buraxılması ilə bağlı sosial şəbəkələrdə və mətbuatda yayılan xəbərlər əsasında araşdırma aparıb.

Fatih və Zeytinburnu rayonlarında saxta pulların çap olunduğu barədə məlumat daxil olduqdan sonra polislər iki ünvanda eyni vaxtda əməliyyat keçirib. Əməliyyat zamanı bazara çıxarmaq üçün hazır olan 3 milyon 600 min avro saxta pul tapılıb.

Bundan əlavə, üzərində Avro nişanı və 100 rəqəmi olan şəffaf neylon qəlib, bənövşəyi işıq, çap maşını və müxtəlif bankların ifadələri olan 817 saxta çek vərəqi götürülüb.

Seçilən
27
24
publika.az

10Mənbələr