AZ

Afyonkarahisarda 2600 illik abidənin sirri açılıb

Bakı, TurkicWorld

Astronomlar kainatın dərinliklərində yaşı cəmi 3 milyon il olan planet aşkar ediblər.

TurkicWorld xəbər verir ki, IRAS 04125+2902 b kimi də tanınan TIDYE-1b indiyə qədər müşahidə edilən ən gənc planetlərdən biridir.

TIDYE-1b-nin kəşfi planetlərin formalaşmasının ilkin mərhələləri barədə mühüm məlumatlar verir və alimləri bu prosesə dair mövcud modelləri yenidən nəzərdən keçirməyə vadar edir.

UNC-Chapel Hill aspirantı Madyson Barber bildirib ki, belə planetlərin kəşfi bizə zamanın dərinliklərinə səyahət edərək onların yaranma proseslərini öyrənmək imkanı yaradır.

NASA-nın TESS teleskopu vasitəsilə aşkar edilən TIDYE-1b, öz ulduzuna yaxın orbitdə dövr edir və bu dövrü 9 günə tamamlayır. Onun diametri Yerdən təxminən 11 dəfə böyükdür.

Bu planetin qeyri-adi orbiti və cavan yaşı, planetlərin əmələ gəlməsi ilə bağlı mövcud nəzəriyyələrdə çatışmazlıqları üzə çıxarır və alimlərə daha dərin araşdırma imkanı təqdim edir.

Seçilən
22
turkic.world

1Mənbələr