AZ

İstanbulda Dünya Halal Sammiti və Halal Sərgisi

İstanbulda Dünya Halal Sammiti və Halal Sərgisi davam edir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müvafiq təşkilatı İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) ilə əməkdaşlıq, Ticarət Nazirliyi və Halal Akkreditasiyası qurumunun koordinasiyası ilə təşkil olunan tədbirdə yerli və xarici nazirliklər, o cümlədən müxtəlif təşkilatların nümayəndələri var.

Dünya Halal Sammiti və Sərgisi çərçivəsində açıqlama verən sammit koordinatoru Aylin Şengül bu il 10-cu Dünya Halal Sammitinin keçirildiyini və 28 noyabr açılış proqramından bu yana tədbirin sıx iştirakla davam etdiyini söyləyərək deyib: “Tədbirə 50-yə yaxın ölkədən 500 yerli və xarici marka qatılıb. Halal iqtisadiyyat, yəni bu sektor təkcə müsəlmanlar üçün nəzərdə tutulmayıb.

2024-cü ildə B2B danışıqlarında əvvəlki illərə nisbətən artım müşahidə olunur.

Dünya Halal Zirvəsi çərçivəsində bu il iki xüsusi stendlər yaratdıq. Bunlar özəl etiket və təbii üzvi veqan sahələridir ki, Türkiyədə təxminən 30 faizə yaxın istehsalçı bazası var. Gələn il bu iki sahənin ayrı-ayrılqıda yarmarkaları olacaq."

Seçilən
28
1
sia.az

2Mənbələr