AZ

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yeni bir analizə görə, "LinkedIn"dəki uzun ingilis dilində paylaşımların yarısından çoxu süni intellekt tərəfindən yaradılıb.

Ölkə.az Valyuta.Az-a istinadən xəbər verir ki, "Microsoft" şirkətinə məxsus olan və iş dünyasına yönəlmiş sosial media platforması "LinkedIn", yaxın vaxtlarda süni intellektdən istifadəyə dair planlarını açıqlamışdı. Şirkət, "LinkedIn Premium" abunəçilərinə postları, profil məlumatlarını və hətta mesajları yazmaq üçün daxili süni intellekt alətləri təqdim edib.

Süni intellektin tanınması üzrə fəaliyyət göstərən "Originality AI" şirkətinin "WIRED" nəşrinə təqdim etdiyi yeni analiz, "LinkedIn"dəki 100-dən çox sözlə yazılmış ingilis dilindəki geniş paylaşımların 54 %-dən çoxunun süni intellekt tərəfindən yaradıldığını göstərir.

"Originality"nin analizində 2018-ci ilin yanvarından 2024-cü ilin oktyabrına qədər yayımlanmış 8.795 paylaşım araşdırılıb. İlk illərdə "LinkedIn"də süni intellekt vasitəsilə yazılmış mətnlərin istifadəsi "əhəmiyyətsiz" səviyyədə idi. Lakin 2023-cü ilin əvvəllərində bu cür paylaşımların sayında böyük bir artım müşahidə edilib.

"Originality AI" şirkətinin baş direktoru Con Gilham (John Gillham) bildirib: "Artım "ChatGPT" istifadəyə veriləndən sonra baş verdi." "OpenAI" şirkətinin söhbət botu olan "ChatGPT" 2022-ci ildə bazara çıxarılmışdı.

Analiz həmin dövrdə süni intellekt tərəfindən yazıldığı ehtimal olunan paylaşımların sayının 189 % artdığını üzə çıxarıb. "LinkedIn" isə platformadakı paylaşımların neçə faizinin süni intellekt vasitəsilə yaradıldığını və ya redaktə edildiyini izləmədiyini açıqlayıb.

Seçilən
18
50
olke.az

10Mənbələr