“Mançester Siti” çarpaz zərbə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan zədəli ispaniyalı yarımmüdafiəçi Rodri Hernandezin əvəzedicisini tapıb.
90deqiqe.Az-ın “The Telegraph”a istinadən məlumatına görə, Mançester klubu “Real Sosyedad”dan ispan Martin Subimendi və ya “Atalanta”dan braziliyalı Edersonu transfer etmək variantlarını nəzərdən keçirir. "Şəhərlilər" artıq hər iki futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
Qeyd edək ki, ekspertlər Subimendinin transfer dəyərini 60 milyon avro qiymətləndirir, lakin “Siti”dən başqa, Premyer Liqanın bir neçə klubu da onu almaq istəyir. Edersonun dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.
Xatırladaq ki, “Mançester Siti” son matçlarda uğursuz çıxış edir. Hazırda Xosep Qvardiolanın rəhbərliyi altında “şəhərlilər” İngiltərə çempionatının turnir cədvəlində ikinci yerdədir.