AZ

Elman Paşayevin evindən cəmi bu qədər pul çıxdı

Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevin işi ilə bağlı arvadı dindirilib.

Bildirilib ki, Paşayevin mənzilindən pul götürülüb. Məlumata görə, pulun həcmi 100 min rubldan (təxminən 1600 manat) çox deyil.

Xatırladaq ki, keçmiş vəkil xüsusilə böyük miqyasda dələduzluqda şübhəli bilinir.

Müstəntiqlərin bildirdiyinə görə, 2024-cü ilin fevralında Paşayev bloger Yelena Blinovskayanın əri Aleksey Blinovski ilə Moskvada şəxsi görüşü zamanı onu inandırıb ki, külli miqdarda pul mükafatı müqabilində onları əvvəllər başlanmış cinayət məsuliyyətindən azad etmək imkanı var. Razılığa gələn Paşayev Blinovskidən 18,5 milyon rubl və 300 min dollar alıb.

Onun həbs müddəti 15 yanvar 2025-ci ilə qədər uzadılıb.

Seçilən
1083
7
tribunainfo.az

10Mənbələr