AZ

Tbilisi prospektində hərəkətin təşkilindəki problem necə həll edilməlidir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə sürücülərin Tbilisi prospektində qarşılaşdıqları problem haqqında məlumat verilib.
Bildirilib ki, "20 Yanvar" metrostansiyası istiqamətindən Tbilisi prospekti ilə hərəkət edəndə şağda yerləşən yanacaqdoldurma məntəqəsinin çıxışında "Stop" xətti olsa da, nişan yoxdur.
Vurğulanıb ki, yanacaqdoldurma məntəqəsindən çıxan nəqliyyat vasitələrinin sürücüləri hansı halda hərəkətə başlamalı olduqlarını bilmirlər:
"Burada "Stop" nişanı olmadığından, yaxud hərəkət işıqforla tənzimlənmədiyindən avtomobillər gözləməlidir ki, həm irəlidə olan nəqliyyat vasitələri, həm də Tbilisi prospektindən gələnlər üçün qırmızı işıq yananda hərəkətə başlasınlar".
Seçilən
13
2
oxu.az

3Mənbələr